Güclü immun sistemi üçün doğru və sağlam qidalanmaq son dərəcə əhəmiyyətlidir. Sağlam olduğu düşünülən hər qida doğru zamanda istifadə edilməsə, insan orqanizminə faydadan çox zərər verə bilər. Bunun üçün diqqət edilməsi vacib nöqtə meyvə-tərəvəzi mövsümündə istifadə etməkdir. Publika.az may ayında istifadə ediləcək meyvə və tərəvəzlərin siyahısını təqdim edir. Lobya A və C vitamini qaynağı olan lobya, eyni zamanda, maqnezium və dəmir tərkiblidir. İmmun sistemini qüvvətləndirərək xəstəliklərə qarşı qoruyur. Sümüklərin inkişafında rolu böyükdür. Səmizotu Orqanizmimizin ifraz edə bilmədiyi, lakin qidalanma vərdişləri sayəsində əldə oluna bilən Omega-3 qaynağı olan səmizotu ürək və damar üçün olduqca faydalıdır. Salata əlavə olunması və qatıqla yeyilməsi məsləhət görülür. Zəncirotu Həzmi asanlaşdıran Hindiba mədə və bağırsaq sisteminin sağlam işləməsinə yardımçı olur. Qaraciyərin bərpasını asanlaşdırır. Çiriş otu Sızanaq və ekzema kimi dəri problemlərinin müalicəsində istifadə olunur. İmmun sistemini qüvvətləndirir. Qadınların mensturasiya dövrünü nizama salır. Çiyələk Güclü xərçəng savaşçısıdır. Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır. Nizamlı şəkildə çiyələk yeyənlərdə miokard infarktı riski daha azdır. Eyni zamanda, qaraciyərin sağlamlığının qorunmasına yardımçı olur. Alça Bir çox meyvəyə nisbətən daha çox vitamin və minerala malik alça dəmirin sovurulmasına yardımçı olan qidalar sırasındadır. Antioksidant qaynağı olan alça qanda şəkərin miqdarını balanslaşdırır. Tut Zəngin vitamin və mineralları sayəsində bir çox xəstəliyə qarşı müdafiə mexanizmi yaradır. Kalsium, maqnezium və kalium sayəsində ürək və damarın sağlamlığını qoruyur.