E vitamini və ya tokoferol güclü antioksidant təsirli vitaminlərdən biridir, el içində cavanlıq və gözəllik vitamini kimi tanınır. Amma o gözəlliyimizdən çox, daxili orqanlara lazımdır. E vitamini bütün mübadilə proseslərində iştirak edir, ürəyin işini və qanda xolesterinin miqdarını normallaşdırır. Bütün əzələlərin düzgün inkişafı və fəaliyyəti üçün, zülal və kollagenin sintezi üçün E vitamini vacibdir. Böyük insanın gündəlik E vitamini tələbatı 15 milliqramdır. Sutkalıq bundan az miqdarda E vitamini qəbulu artıq defisitə gətirib çıxarır. Foodinfo.Az medicina.az-a istinadən bədəndə bu vitamin çatışmadıqda təhlükəli vəziyyət yarana biləcəyini xəbər verir. Daha çox mədə-bağırsaq problemləri, kolit, xoralı kolit, öddə problemlər, daşı olanlar, öd kisəsi tam çıxarılanlarda bu vitaminin defisiti olur. Çünki bağırsaqlarda tokoferol sovrulmur. Bunun üçün həkim pasiyendə E vitamini dərmanları yazmalıdır. E vitamini qidalarla mənimsənilir və bu qidalar əl alrındadır. Məsələn, bitki yağlarının 100 qramında 44 miliqram E vitamin var. Ona görə 1-2 xörək qaşığı təmiz zeytun, qara zirə, qarğıdalı yağı içmək sutkalıq tələbatı ödəmiş olur. İkincisi badamdır- bir ovuc yemək E vitamini balansının doldurur. Günəbaxan tumları - çiy və yağlı olmalıdır. 100 qramında 35 milliqram vitamin var. Eləcə də araxis, fındıq, zeytun yeyilə bilər. Özbaşına E vitamini preparatları içmək olmaz, çünki bu vitaminin artıqlığı ciddi problemlər yaradır. Onlar toxumalarda yağ kimi depolanır: yorğunluq, əzələ qıcolmaları, baş ağrıları, böyrək və qaraciyərdə problemlər yarada bilər. Bəzi dərmanlarla, dəmir preparatları ilə yanaşı E vitamini qəbul etmək düzgün deyil.