Həkim-dietoloq Ləman Süleymanova ilə müsahibə:
- Müasir dövrdə piylənmələrin artaraq qlobal böhrana çevrilməsinin səbəbi nədir?
- Müasir dövrümüzün ən qlobal problemlərindən biri piylənmədir. Piylənməyə gətirib çıxaracaq müxtəlif səbəblər var ki, sadaladıqca bitməz. Ümumiyyətlə, insanın qidalanması ana bətnindən başlayır. Ana elə qidalanmalıdır ki, dünyaya gələcək körpə sağlam olsun. Ananın qidalanmasından bətnində olan övladının gələcəkdə müxtəlif xəstəliklərdən sığortalaması üçün özünü, hətta körpənin ana bətnində olanda gələcək sağlığı asılıdır. Uşaq dünyaya gələndə, Allah bizə ana südünü bəxş edir. Bu da ona bir işarədir ki, insanın həyatı onun qidalanmasından birbaşa asılıdır. Uşaq vaxtlarından analar övladlarını düzgün qidalanmağa alışdırmırlar. Uşaqda, xüsusilə körpələrdə dadbilmə qabiliyyəti vardır ki, onlar körpə yaşından hansı qidaya alışsalar, deyərdim ki, bir ömürboyu həmin qidalara meyilli olacaqlar. Ona görə də uşaqlarınızı sağlam qidaya, doğru üsula alışdırın.
Müasir gənclərin ən çox tələbatı olan qidalar sırasında genetik modifikasiya olunmuş qidalar, müxtəlif çipslər, qamburqerlər, mənşəyi bilinməyən dönərlər çox təəssüflər olsun ki, öndədir. Bu problem nəinki Azərbaycanda, bütün dünyada belədir. Ona görə də dünya üzrə artıq çəkidən əziyyət çəkənlərin daha çox hissəsi uşaq və yeniyetmələrin payına düşür ki, bunlar da daha çox belə qidalara meyillidirlər. Məsələn ABŞ-da piylənmədən əziyyət çəkən insanlar daha çoxdur. Çünki onlar hər addımbaşı yağlardan tezhazırlanan qidalardan istifadə edirlər. Bax, bu kimi qidaların mütəmadi istifadəsi piylənməyə gətirib çıxarır. Piylənmə isə mədə-bağırsaq xəstəliklərinə, müxtəlif, hətta ağır patologiyalı xəstəliklərə belə yol açırlar.
- Qidamızda nələrə diqqət yetirməliyik?
- Bəzən elə olur ki, valideynlər ümumiyyətlə uşaqlarının qidalanmasına diqqət yetirmirlər. Elmi işimlə əlaqəli kafelərdə, restoranlarda müşayət edirəm ki, valideyn nə qədər yeyirsə, uşağı da o qədər yeyir. Amma valideyn bunun fərqinə varmır ki, sənin orqanizmin, daxili orqanlarının ölçüləri uşaqala eyni deyil. Yəni öz yediyin qədər övladını yedizdirirsənsə bu uşaq böyüdükdə gör nə qədər yeyəcək. Ona görə də artıq 7-8 yaşlarından uşaqlar müəyyən çəki yığırlar. Körpə yaşında el dili ilə desəm, qara ciyər, mədəaltı vəz, daxili orqanlar yağın içində olur. Yəni artıq uşaq yaşlarında qara ciyərdə piylənmə, insulin dirənci, bu körpələri yaxalayır. Çünki qazlı içkilər, genetik modifikasiya olunmuş qidalar bu uşaqların menyusundan əskik olmur. Valideynlər uşağın menyusunun miqdarını bilmir, ona görə də uşağın çəkisi artaraq, müəyyən yaşdan sonra artıq xəstəliklər gəlib uşağı yaxalayır. Ona görə də yenə də deyirəm ki, insanın qidalanması onun ana bətnindən başlyır. Övladlarımız ana bətnindən ta dünyaya gələnədək, sonrakı yaşlarda da valideynin nəzarəti altında olmalıdır. Məktəb və universitetlərdə maarrifləndirici tədbirlər keçirilməlidir. Uşaqların menyusuna, məktəb kafesinə diqqət olunmalıdır. Ümumiyyətlə zərərli içkilər məktəblərdən yığışılmalıdır. “Red bull”, “Cola”, “fanta” və digər zərərli içkilərin, ümumiyyətlə məktəbin qapsından girməsi qadağan olunmalıdır. Aydındır ki, biznes biznesdir. Bu bütün dünyada baş alan mafiyadır. Özümüzü bu içkilərdən qoruya bilməsək də, heç olmasa öz uşaqlarımızın gələcəyini qorumalıyıq ki, zərərli içkilərdən uzaq dursunlar. Ona görə də belə zərərli içkilər məktəblərdən təcili yığışdırılmalıdır. Müəllimlər də uşaqların qidalanmasına ciddi nəzarət etməlidirlər. Bayaq qeyd etdiyim kimi məktəb bufetlərindəki qidalara nəzarət olunmalıdır. Məktəb həkimləri tez- tez valideynlərlə görüşlər təşkil etməlidir, maarifləndirici iclaslar keçirilməlidir. Bu mütləq olunmalıdır. Məktəblərə mütləq peşəkar dietoloq dəvət olunamalıdır.
Uşaqlar müəllim yanına, hazırlıqlara gedəndə də qidalnamalarına düzgün riayət etmirlər. Bəzən valideyn mənə müraciət edir ki, övladım səhər axşam heç nə yemir axşam bolluca yeyir. Təbii ki, uşaq bütün günü ac qalır sağlıqlı qidalar yemir, bəzən dönər qamburqer yeyir, axşam da bolluca yeyirlər. Təbii ki, elə uşaqlarda piylənmə olacaq. Bunların hamısına nəzarət olunmalıdır. Hazırılq zamanı da uşaqların yeməyinə xüsusi diqqət yetirilməlidir. Xüsusi yemək fasilələri olmalıdır. Və mütləq hazırlıq müəllimləri uşaqların qidalanmalarına ciddi nəzarət etməlidir.
- Sizcə bütün dieta növləri düzgün riayət edildikdə hər ağırçəkili insanı arıqlada bilər?
- Bayaq qeyd etdiyim kimi piylənmə, artıq çəki alma uşaq yaşlarından başlayır. Artıq 16-18 yaşlarında artıq çəkilər almağa başlayırlar. Qızlar ailə qurduqda, ginekoloji problemlərlə qarşılaşırlar. İstər gənc qız, istərsə də gənc oğlan piylənmədən əziyyət çəkirsə, bu onlarda sonsuzluğa qədər gətirib çıxara bilər. Yəni o dərəcədə çox ciddi bir mövzudur. Bunları aradan qaldırmaq üçün uşaq yaşlarından valideyn, müəllim sonra da ki, insan özü özünü idarə etməlidir. Sağlam qidalanmalıdır. Kişilərdə, qadınlarda ortaq məxrəcə gələrək desək, kökəlməyə səbəb qazlı içkilər, zəhərli qidalar, genetik modifikasiya olunmuş qidalar, tez hazırlanan qidalar, mənşəyi bilinməyən ətdən hazırlanan qidalardır. Elə insan var ki, bütün günü ağır yeməklərə, xəmir xörəklərinə meyilli olur. İş adamları var ki, səhər günorta ac qalırlar. Axşam evə gəlib yedikcə yeyirlər. Yorğun orqanizm yüklənir, qidaya tələbat artır. Bu zaman qanda xolestrin artır, İnsulin dirənci yaranır. Bu da piylənməyə gətirib çıxarır. Piylənmə də bir çox xəstəliklərə gətirib çıxarır. Ona görə də insan əvvəlcədən özünü sığortalamalıdır. Sağlam qidalanmalıdır. Yeməklərimizi vaxtında yeməliyik. Səhər, günorta, axşam yeməklərini ən azından vaxtlı vaxtında yeməliyik. Səhər yeməyi bizim energetik balansımıza yüksək təsir edir. Günorta yeməyi, axşam yeməyi vaxtında yeyilməlidir . Zəhərli qidaları, içkiləri rasionumuzdan çıxarmalıyıq. Bu içkilərin tərkibində çox qorxulu narkotik maddə var. Onların bir-biri ilə reaksiyası çox qorxulu problemlərə gətirib çıxara bilər. Məsələn, qaraciyərə ümumiyyətlə dağıdıcı zərbə vurur. Heç bir zəhərli içkilər içməyin. 5 kq artıq çəkiniz varsa, normadan bir az artıqsınızsa sağlam qidalanaraq özünüzü normaya sala bilərsiniz. Amma normadan artıq çəkiniz varsa, mütləq mütəxəssisə müraciət etməlisiniz.
- Kor-koranə seçilmiş dietanı uyğulamaq nə dərəcədə doğrudur?
- Heç bir dərmandan, kokteyllərdən, və digər zəhərlərdən qətiyyən istifadə etmək lazım deyil. Zəhərli arıqladıcı dərmanlar, çaylar, kokteyllər insana çox mənfi təsir göstərir. Bu kimi zəhərlərlə siz heç də arıqlamırsınız. 5 kq. arıqlayırsınzsa,15 kq kökələcəksiniz. İndi sosial şəbəklərdə zəhərli çaylar, kokteyllərin reklamı dəb halını alıb. Diplomu olmayan, həkimlik sənəti olmayan insanlar tərəfindən sosial şəbəkələrdə qruplar yaradılır. Və yaxud da ki, mənşəyi bilinməyən yerdə, mənşəyi bilinməyən ofis açılır və insanlar ora dəvət olunur. Heç bir həkimlik diplomu olmayan insan tərəfindən belə insanlar müayinə edilir. Və onlar insanlara zəhərli kokteyllər, çaylar məsləhət görürlər. Bu yaxınlarda körpə bir qız belə bir zəhərli kokteyldən dünyasını dəyişib. İnsan həyatı o qədər önəmlidir ki, ona mütləq özü nəzarət etməlidir. İnsan özü özünün həkimi olmalıdır. Məsələn, bir valideyn övladına zəhərli kokteyl, zəhərli dərman məsləhət görürsə, ondan istifadəyə göz yumursa, mən deyərdim ki, o valideynin əqli cəhətdən problmi var. Çünki heç bir valideyn, heç bir övlad dünyaya gətirən ana övladına zəhərli dərman, zəhərli kokteyl verməz. Uşaqlara, yeniyetmələrə ümumiyyətlə çox qorxulu təsirləri var. Mən deyərdim ki, birbaşa insan həyatına riskdir. Və xərçəng xəstəliyinə gətirib çıxarır. Hər zaman qeyd edirəm ki, xərçəng xəstəliyi adlı xəstəlik ümumiyyətlə bu dünyada yoxdur. Xərçəng xəstəliyi və digər xəstəliklər birbaşa inasnın özündən asılıdır. İçdiyimiz zərərli içkilər sağlam hüceyrələrimizdə mutasiyaya uğrayır və onkoloji xəstəliklər meydana çıxır. İnsana su çox lazımdır. Su insana həyati əhəmiyyətlidir. Bəzən mənə pasiyentlərim deyir ki, susayanda çay içirəm və yaxud da ki, cola fanta, sprite kimi içkilər içirəm. Hüceyrələrimizə isə təmiz su lazımdır. İnsan suya olan tələbatını zəhərli içki ilə, rəngli qazlı içkilərlə ödəyərsə, mənşəyi bilinməyən, rəng qatılmış kimyəvi çaylardan istifadə edərlərsə, onlar bizim hüceyrələrimizə daxil olur. Hüceyrələrimiz su istəyir. Amma biz suya olan tələbatımızı zəhərli içkilərlə ödəsək, ümumiyyətlə insan yemək yeyəndə də qida həzm olunduqda belə, həmin qidanın tərkibində suyun, mayenin tərkibində zəhər qalır. Hüceyrələrimizə daxil olur. Elə ona görə də insan özü öz həyatına mane olur. Allahın verdiyi ömrə mane olursunuz, əzizlərim. Yəni insanlar sağlam şəkildə sağlam qidalanmalıdır.
Son zamanlar sosial şəbəkələrdə dieta növlərinə çox rast gəlirik. Bəzən heç bir tibbi savadı olmayan jurnalistlər özündən yalandan dieta növü uydurur. Və camaat da ondan istifadə etməyə başlayır. Ay insanlar kor-təbii dietalardan qaçın! Bəzən monoton dieta növlərinə rasr gəlirik. Məsələn, qarabaşaq dietası var ki, uzun müddət həmin pəhrizi qəbul edirlər. İnsan nə qədər bir növ yemək yeyər. Dözməyəcəksiniz. Sonra ikiqat çəki yığacaqsınız. Kor-təbii dietalardan istifadə etməyin. Bunlar hamısı bədənə zərbə vurur. Mədə və onikibarmaq bağırsaqda xora xəstəliyinə gətirib çıxarır. Bunların heç biri doğru deyil. Mən mütəxəssis dietoloqam həkim kimi müraciət edən pasiyentlərim ilk növbədə müayinə olunurlar. Onlarla psixoloji danışıqlar aparıram. Onu psixoloji anlayıram. Onun orqanizminin fizioloji xüsusiyyətlərini danışaraq müəyyən problemləri üzə çıxarıram. Nəticədə qan analizləri olunur, ultrasəs müayinədən keçir və proqram tərtib edərkən pasiyentin xarakteri, ailə vəziyyəti, çəkisi, boyu, keçirdiyi xəstəliklər, orqanizmin psixoloji xüsusiyyəti, hər bir qidaya olan tələbatı, sevdiyi yeməklər, yaşadığı ölkənin iqlim xüsusiyyətinə qədər hər birini nəzərə alıram və nəticədə insana indvidual proqram tərtib edirəm. Və tərtib olunan proqramlarda qətiyyən aclıq olmur. İnsanlar sağlam şəkildə sağlam qidalanırlar. Yəni mənim proqramlarımda hətta kərə yağı, şirniyyat, çörək də olur. İnsan bütün bunlardan imtina edə bilməz. Elə bir proqram tərtib olunmalıdır ki, sonradan çəki yığılmasın. Mən bölgəsəl proqram da tərtib edirəm. Dietoloq, qida mütəxəssisi bütün dietologiyaya aid olan sirləri bilməlidir. Təəssüflər olsun ki, indi iki ay kurs keçib dietoloq işləyənlər çoxdur. Bu insanların heç bir savadı yoxdur. Ancaq su iç, meyvə ye, yağlı, duzlu yemə. Bununla insan ancaq müvəqqəti arıqlaya bilər. Və yaxud da bəzən dərman yazırlar. Dietologiya böyük bir elmdir. Hər həkim həkim eyil, hər təbib təbib deyil. Həkimlər də çox yanlışlıqlara bəzi hallarda yol verirlər. Məsələn, elə olur ki, endokrinoloq dietoloq işləyir. Hər bir işin, sahənin öz peşəkarı olmalıdır. Yəni bəzən endokrinoloqlar düşünür ki, xəstəyə adi dieta yazacam düzələcək. Düşünmür ki, bunu mənfi cəhətləri də var. Bu yaxınlarda yanıma bir pasiyent gəlmişdi. Endokrinoloq ona dieta yazmışdı. Həmin koranə yazılan dietanın nəticəsində, onikibarmaq bağırsaqda xora xəstəliyi yaranıb. Yəni bu insanı müayinə etmədən kor-koranə necə dieta yaza bilərsən?
- Hər zaman formada qalmaq üçün ömrünün sonuna kimi dieta saxlamaq lazımdır yoxsa müəyyən müddət?
- Mən Azərbaycanda elə bir mütəxəssisəm ki, elə bir proqram tərtib edirəm ki, o proqramla insan sağlam şəkildə arıqlayır və ömrünün sonuna kimi dieta saxlamaq nəyə lazımdır. Elə proqram tərtib edirəm ki, o proqram insanı özündən asılı etmir. Əsl mütəsxəssis dieta tərtib edir sonda isə onu dietadan ayırır. Ən vacib olan şərtləri deyir və insan o şərtlərə riayət eləməlidir. Amma istədiyi yeməkləri də, şirniyyat belə yeyə bilər. Dietoloqlar dietalarında yağsız, duzsuz yemək tövsiyə edirlər. Yağ orqanizmdə bağırsaqların fəaliyyəti üçün olmalıdır. Duz, zülal, yağ, karbohidrat maddələr mübadiləsi üçün mütləq olmalıdır. Maddələr mübadiləsinin normal getməsi üçün qidalarda, çörək də olmalıdır, duz da yağ da. Və bunlar ola-ola insan arıqlamalıdır. Bunu bilən dietoloq Azərbaycanda çox təəssüflər olsun ki, yoxdur. Özümü tərifləmirəm, amma deyirəm ki, mütəxəssisəm. Bilməyənlər üçün bunları deyirəm ki, insanların başına oyun açmasınlar.
Mənbə: Moderator.az