İspanaq ən faydalı yarpaqlı tərəvəzlərdən biri hesab olunur və həm sağlamlıq, həm də enerji baxımından çox zəngindir.

Foodinfo.az ispanağın faydaları təqdim edir:

1. Vitamin və minerallarla zəngindir – A, C, K, E vitaminləri, dəmir, maqnezium, kalsium və fol turşusu baxımından çox zəngin bir qidadır.

2. Qan azlığına yaxşı təsir edir – Tərkibindəki dəmir sayəsində qırmızı qan hüceyrələrinin yaranmasına dəstək olur.

3. Sümük sağlamlığını qoruyur – K vitamini və kalsium sümüklərin möhkəmlənməsinə kömək edir.

4. Göz sağlamlığına faydalıdır – Lutein və zeaksantin kimi antioksidantlar görmə qabiliyyətini gücləndirir və gözləri ultrabənövşəyi şüalardan qoruyur.

5. Həzm sistemini yaxşılaşdırır – Liflə zəngin olduğu üçün qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır.

6. Ürək-damar sağlamlığını qoruyur – Kalium və maqnezium qan təzyiqini balanslaşdırır, damar sağlamlığını gücləndirir.

7. İmmuniteti möhkəmləndirir – C vitamini və antioksidantlar bədəni infeksiyalardan qoruyur.

Böyrək daşına meyilli şəxslərin ispanağı çox istifadə etməməsi tövsiyə olunur, çünki tərkibində oksalat turşusu var.