Mütəxəssislər bildirirlər ki, banan yalnız dadlı meyvə deyil, həm də sinir sistemi üçün faydalı qidadır. Onun tərkibindəki bir sıra vitamin və minerallar əsəbləri sakitləşdirir və zehni fəaliyyəti dəstəkləyir.

Foodinfo.az bananın sinir sisteminə olan faydalarını təqdim edir:

1. Tərkibindəki B qrupu vitaminləri – xüsusilə B6 vitamini sinir hüceyrələrinin düzgün işləməsinə kömək edir.

2. Maqnezium – stressi və əsəb gərginliyini azaldaraq rahatlamağa şərait yaradır.

3. Kalium – sinir siqnallarının ötürülməsində mühüm rol oynayır və yaddaşı gücləndirir.

4. Triptofan – beyində “xoşbəxtlik hormonu” serotonin istehsalını artıraraq əhvalı yaxşılaşdırır.

Mütəxəssislər qeyd edirlər ki, gündə 1–2 ədəd banan yemək sinir sistemini dəstəkləmək, yorğunluğu azaltmaq və yuxu keyfiyyətini yaxşılaşdırmaq üçün faydalıdır.