
İnsan orqanizmi gün ərzində olduğu kimi, gecə saatlarında da suya ehtiyac duyur. Foodinfo.az bildirir ki, gecə su içməyin həm faydaları, həm də bəzi hallarda zərərləri ola bilər.
Mütəxəssislərin fikrincə, yatmazdan əvvəl və ya gecə oyanarkən bir stəkan su içmək bədənin maye balansını qoruyur, qan dövranını yaxşılaşdırır və böyrəklərin fəaliyyətini dəstəkləyir. Xüsusilə susuzluqla bağlı baş ağrısı və ağız quruluğu yaşayan insanlar üçün bu vərdiş faydalıdır.
Eyni zamanda, gecə su qəbul etmək mədə turşusunu azaldır və həzm sisteminə müsbət təsir göstərir. Bu, yuxu keyfiyyətini də yaxşılaşdıra bilər.
Lakin çox miqdarda su içmək yuxunun tez-tez bölünməsinə səbəb ola bilər. Xüsusilə böyrək və ürək problemləri olan şəxslərdə gecə suyun normadan artıq qəbulu şişkinlik və təzyiq artımı yarada bilər.
Həkimlər bildirirlər ki, əsas məsələ gün ərzində kifayət qədər maye qəbul etməkdir. Əgər gündüz su içməyə diqqət edilərsə, gecə çoxlu miqdarda suya ehtiyac yaranmaz.