Mütəxəssislərin araşdırmalarına görə, pomidor suyu ürək-damar sağlamlığı üçün faydalı hesab olunur. 

Foodinfo.az xəbər verir ki, tərkibindəki likopen, C vitamini, kalium və antioksidantlar sayəsində damarların elastikliyini qorumağa və pis xolesterol (LDL) səviyyəsini azaltmağa kömək edir.

Pomidor suyunun müntəzəm qəbulu qan dövranını yaxşılaşdırır, damar tıxanıqlarının qarşısını alır və infarkt riskini azaldır.

Eyni zamanda, xolesterol balansını qorumaqla yanaşı, yüksək qan təzyiqinə də müsbət təsir göstərir.

Həkimlər qeyd edirlər ki, pomidor suyunun faydasından yararlanmaq üçün onu duzsuz və təbii formada içmək vacibdir. 

Hazır şirələrdə olan əlavə duz və şəkər əksinə, ürək-damar sağlamlığına mənfi təsir göstərə bilər.