
Mütəxəssislər bildirirlər ki, limon və sarımsağın birlikdə hazırlandığı çay güclü təbii antibiotik təsirinə malikdir. Bu içki immuniteti gücləndirir, soyuqdəymə və qrip əlamətlərinin yüngülləşməsinə kömək edir.
Foodinfo.az xəbər verir ki, sarımsağın antibakterial və antiviral xüsusiyyətləri orqanizmi infeksiyalardan qoruyur, limon isə C vitamini ilə immun sistemini gücləndirir.
Birlikdə qəbul edildikdə bu çay bədənin zərərli toksinlərdən təmizlənməsinə, qan dövranının yaxşılaşmasına və ürək-damar sağlamlığının qorunmasına dəstək olur.
Həzm sisteminə də müsbət təsir göstərən limonlu-sarımsaq çayı qaraciyərin fəaliyyətini gücləndirir və orqanizmin enerji balansını artırır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu çaydan mədə xorasından, qastritdən əziyyət çəkənlər, hamilə qadınlar və yüksək qan təzyiqi olan şəxslər ehtiyatla istifadə etməlidir.