
Vegeterian və vegan pəhrizlərinin əsas məhsullarından olan tofu sümük sağlamlığı üçün əvəzolunmaz qidalar arasındadır.
Foodinfo.az xəbər verir ki, tofunun tərkibində bol miqdarda kalsium, maqnezium və fosfor var ki, bunlar sümüklərin güclənməsində mühüm rol oynayır. Həmçinin zülal baxımından da zəngin olan tofu sümük toxumasının bərpasını sürətləndirir.
– Tofu süd məhsullarını istifadə etməyənlər üçün ideal alternativdir.
– Yaşlandıqca sümüklərin kövrəkləşməsinin qarşısını alır.
– Günəş işığı və ya əlavə vitaminlə birlikdə qəbul edildikdə sümükləri “beton kimi” möhkəmləndirir.
– Əzələlərlə birlikdə sümükləri də qoruyur.
Tofu düzgün saxlanmadıqda tez xarab ola bilər. Bundan əlavə, qalxanabənzər vəzi (tiroid) problemi olanlar çox miqdarda istifadə etməməlidirlər.