Həkimlərin xəbərdarlığına görə, 1 yaşdan kiçik körpələrə bal verilməsi təhlükəlidir. Bunun əsas səbəbi balın tərkibində ola bilən Clostridium botulinum adlı bakteriyanın sporlarıdır.

Foodinfo.az xəbər verir ki, bu bakteriya böyüklərin bağırsaq florasında zərərsizləşə bilir. Lakin körpələrin həzm sistemi hələ tam inkişaf etmədiyi üçün bu sporlar “botulizm” deyilən ciddi zəhərlənməyə səbəb ola bilər.

Botulizmin simptomları zəiflik, qəbizlik, əzələlərdə boşalma, udma və nəfəs alma çətinliyi yaradır.

Mütəxəssislər körpələrə 1 yaşdan sonra bal verməyi tövsiyə edirlər. O vaxta qədər isə qida rasionuna bal əlavə etmək qətiyyən məsləhət görülmür.