Mütəxəssislərin fikrincə, düzgün qidalanma sümük əriməsinin (osteoporozun) qarşısını almaqda mühüm rol oynayır.

Foodinfo.az sümük sağlamlığını qoruyan əsas qidaları təqdim edir:

1. Süd və süd məhsulları – Kalsiumla zəngin olduğu üçün sümükləri möhkəmləndirir.

2. Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, brokoli, kələm) – Təbii kalsium və K vitamini mənbəyidir.

3. Balıq (xüsusən sardina, qızılbalıq, skumbriya) – D vitamini və omeqa-3 ilə sümük sıxlığını artırır.

4. Qoz-fındıq və badam – Maqnezium və sağlam yağlarla sümükləri gücləndirir.

5. Yumurta – D vitamini ilə kalsiumun bədəndə sorulmasını asanlaşdırır.

Həkimlər sümük əriməsinin qarşısını almaq üçün günəş vannası qəbul etməyi və davamlı fiziki aktivliyi də tövsiyə edirlər.