Qoz çox faydalı olsa da, yağlı və kalorili qida olduğu üçün gün ərzində miqdara diqqət etmək vacibdir.

Foodinfo.az xəbər verir ki, gün ərzində 3–5 ədəd (təxminən 25–30 qram) qoz yemək kifayətdir.

Bu miqdar ürək-damar sağlamlığını dəstəkləyir, beynə fayda verir və orqanizmin gündəlik sağlam yağ ehtiyacını qarşılayır.

Qozu çox yedikdə yüksək kalori verdiyi üçün artıq çəkiyə səbəb ola, həzm sistemi həssas olanlarda şişkinlik və mədə narahatlığı yarada bilər.

Ən yaxşısı qozu səhərlər və ya ara yemək kimi, xüsusən meyvə ilə birlikdə qəbul etməkdir.