“Omeqa-3 çatışmazlığı yorğunluğun artması, əhval-ruhiyyənin pisləşməsi, dərinin quruması, dəridə sağalmayan yaralar və çatlar ilə özünü büruzə verir”.

Bunu qidalanma üzrə mütəxəssis Natalya Denisova “aif.ru” saytına müsahibəsində deyib.

Həkim orqanizmdə omeqa-3 əskikliyinin yaratdığı problemlərdən bəhs edib:

“Omeqa-3 çatışmazlığı həm də hormonal  balanssızlıqlara səbəb ola bilər. Yüksək xolesterol səviyyəsi də bu problemdən xəbər verə bilər. Bu, həmçinin dolayı yolla lipid mübadiləsinin pozulduğunun əlamətidir.

Həkim bildirib ki, orqanizm omeqa-3-ü özü istehsal etmir, ona görə də biz bu turşuların ehtiyatını ancaq qidalanma yolu ilə doldura bilərik:

“İlk növbədə, dəniz məhsullarını, xüsusilə balıq kimi yağlı qidaları həftədə 2-3 dəfə istehlak edərək omeqa-3 çatışmazlığının qarşısını almaq mümkündür. Eyni zamanda kürü də omeqa-3 ehtiyatlarını doldurmağa kömək edəcək”.