
Pomidorun tərkibindəki likopin maddəsi sağlamlıq üçün olduqca faydalıdır. Foodinfo.az bildirir ki, qidalanma biokimyası üzrə mütəxəssis Jacob Fischer bu barədə geniş məlumat verib. Onun sözlərinə görə, likopin antioksidant təsiri ilə orqanizmdəki sərbəst radikalları zərərsizləşdirir.
Bu isə xərçəng, xüsusilə prostat və mədəaltı vəzi xərçəngi riskini azalda bilər. Fischer qeyd edir ki, bioloji aktivlik baxımından bişmiş pomidor çiy pomidordan daha güclüdür. Likopinin sorulması üçün pomidorun zeytun yağı ilə birlikdə qəbul edilməsi tövsiyə olunur. O, həmçinin bu maddənin ürək-damar sisteminə də müsbət təsir etdiyini vurğulayıb.
Balanslı bir rasionda pomidora müntəzəm yer verilməsi tövsiyə olunur. Pomidor həm də C vitamini ilə zəngindir və immuniteti gücləndirir.