
Qaraciyər sağlamlığını qorumaq üçün gündəlik qidalanma əsas rol oynayır. Ekspertlər vurğulayırlar ki, düzgün qidalanma bədənin detoks prosesini dəstəkləyir, toksinlərin atılmasını sürətləndirir və qaraciyərin funksiyasını optimallaşdırır.
Foodinfo.az xəbər verir ki, qaraciyəri qoruyan məhsullar sırasında yaşıl yarpaqlı tərəvəzlər birinci yerdədir. Ispanaq, kələm və cəfəri qaraciyərin bərpasına kömək edir, antioksidantlarla zəngindir. Sarımsaq və soğan isə orqanizmdə zərərli maddələrin parçalanmasını sürətləndirir və qaraciyəri qoruyur.
Bununla yanaşı, qırmızı meyvələr və nar qaraciyərin toksinlərdən təmizlənməsinə kömək edən flavonoidlərə malikdir. Omega-3 yağ turşuları ilə zəngin balıq və qoz-fındıq qaraciyərin iltihabını azaldır və hüceyrələrin bərpasını dəstəkləyir.
Mütəxəssislər bildirirlər ki, bu qidaları gündəlik rasiona daxil etmək qaraciyəri gücləndirir, enerjini artırır və ümumi sağlamlığı qoruyur. Eyni zamanda, şəkərli və çox yağlı qidalardan uzaq durmaq vacibdir.