Azərbaycan mətbəxində özünəməxsus yer tutan abqora yüzlərlə xəstəlikliyin müalicəsində istifadə edilən və çox qədim tarixə malik olan alkaqolsuz içkidir .Abqora kal üzümdən hazırladığı üçün dadı turş olur. 

  Foodinfo.az turş dadı olan abqoranın faydalarını sizə təqdim edir:

Həzmi asanlaşdırır və qəbizliyə yaxşı təsir edir.

Ödemin aradan qaldırılmasında faydalıdır. Qadınlarda, xüsusilə menstruasiya əvvəli şişkinliyi azaldır.

Egzema kimi dəri problemlərinə yaxşı təsir edir.

Antioksidantlar anbarıdır, xəstəliklərdən qoruyur.

Orqanizmdə yığılmış toksinləri xaric edir.

Gözlər üçün faydalıdır.

Soyutma effekti verir.

Qan şəkərinin səviyyəsini saxlayır.

Maddələr mübadiləsini tənzimləyir.