Qozun insan orqanizmi üçün daha bir faydası ortaya çıxıb.
Foodinfo.az xəbər verir ki, qozun bədənimizdəki yağları əritməyə verdiyi töhfə araşdırma mövzusu olub.
Araşdırma Barselona Universitetinin mütəxəssisləri tərəfindən aparılıb. Müəyyən edilib ki, yeməkdən sonra qoz istifadə etmək yağların əridilməsi baxımından önəmlidir. Belə ki, bu zaman orqanizmdəki sağlamlığa zərərli yağlar və qan damarlarındakı yağların təsiri minimuma endirilir.