Turp vitaminlərlə - C, B1, B2, B5, B6, B9, PP - və mikroelementlərlə - kalium, kalsium, maqnezium, dəmir, fosfor, həmçinin təbii lif və fitonsidlərlə zəngindir.  

Tərkibindəki C vitamini və antosiyaninlərə görə turp antioksidan xüsusiyyətlərə malikdir, ürək toxumalarını zədələnmədən qoruyur və xəstəlik riskini azaldır, qan damarlarının divarlarının vəziyyətinə müsbət təsir göstərir. Turpun tərkibindəki kalium qan təzyiqini idarə etməyə kömək edir və hipertoniya və digər ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır. Tədqiqatlar var ki, turp qanda xolesterinin səviyyəsini də azaldır.

Tərəvəz piylənmə, diabet, həmçinin arıqlayanlar üçün tövsiyə olunur.

Mədə xorası və ya qastriti olan insanlar üçün turp qıcıqlanmaya səbəb ola bilər və simptomları pisləşdirə bilər.

Leyla