“Sağlam qidalanma üçün çörək, tam yağlı süd məhsulları və qırmızı ətdən imtina etmək lazım deyil”.
Foodinfo.az xəbər verir ki, bu barədə Harvard Universitetinin qidalanma professoru David Lüdviq və dietoloq-psixoterapevt Uma Naido “The Sun”a danışıblar.
Lüdviqin fikrincə, sağlam qidalanma ilə bağlı ən məşhur mif, yağlı süd məhsullarını diyetdən xaric etməkdin. Professor deyir ki, əslində çox yağlı süd və yoqurt az yağlı analoqlarından daha dadlıdır və buna görə də sağlamlığa ən böyük zərər verən şirniyyatlara və çox emal olunmuş qidalara olan həvəslə daha yaxşı mübarizə apara bilir.
Lüdviq arıqlıq naminə çörəkdən imtina etməyi başqa bir yanlış fikir adlandırıb. Onun fikrincə, tam taxıllı un məhsulları sağlam və bədən üçün təhlükəsiz qidadır. Bildirib ki, bütün taxıl çörəyinin tərkibində bağırsaqdakı yaxşı bakteriyaları qidalandıran lif, həmçinin dəmir var.
Uma Naido əlavə edib ki, qırmızı ətin də sağlam qidalanma tərəfdarları arasında pis reputasiyası var. O, əmindir ki, mal əti, xüsusən də otla bəslənən mal əti dəniz məhsulları və quş əti kimi xeyirlidir. Bundan əlavə, Naido insanları hər hansı işlənmiş qidadan qorxmağı dayandırmağa çağırıb. O izah edib ki, təhlükə yüksək emal olunmuş və tərkibində kanserogenlər olan məhsullardır və məsələn, konservləşdirilmiş lobya, emal olunmuş qida olsa da, təhlükəsiz olaraq qalır.
Naido bildirib ki, son qidalanma mifi arıqlayanların qoz-fındıq yeməməyidir. Səbəb isə tərkibində çoxlu yağın olmasıdır. Mütəxəssis qeyd edib ki, nəzəri cəhətdən bu qayda məntiqlidir, amma praktikada əksinə işləyir: qoz-fındıq yeyən insanlar digər qidaları daha az yedikləri üçün daha tez arıqlayırlar.