Artıq çəkidən azad olmaq üçün saxlanılan bəzi pəhrizlər məşhur olsalar da, ziyanları faydalardan çoxdur.
Foodinfo.az xəbər verir ki, onlar barədə qastroenteroloq Alla Nerullina danışıb.
O, kalorilərin hesablanmasının effektivliyinə şübhə etdiyini dilə gətirib, çünki müxtəlif düsturlar arıqlamaq istəyən insanlar üçün yanıltıcı ola bilər. Bundan əlavə, qida paketlərinin üzərində qeyd olunan kalori rəqəmləri dəqiq deyil və 20%-ə qədər səhv ola bilər.
Nerullina qidalanma şərtlərini nəzərə almağın vacibliyini də xatırladıb. Məsələn, kartofun kalorisi qaynadıldıqdan sonra 30% artır, çiy yumurtada isə 47 kalori olsa da, omlet halında kalorisi 100-dək qalxır.
Aşağı karbohidratlı və ya keto-pəhriz kimi bəzi məşhur pəhrizlər arzuolunmaz yan təsirlərə səbəb ola bilər: qalxanabənzər vəzin disfunksiyası, testosteronun azalması və reproduktiv funksiya problemləri və s.
Mono-pəhrizlər, həmçinin sulu yeməklərdən, kokteyllərdən ibarət olan pəhrizlər də maddələr mübadiləsinin və ferment ifrazının pozulmasına səbəb ola bilər.
Tay həbləri pəhrizi isə ən təhlükəli pəhrizlərdəndir, çünki bu həblərin tərkibi çox vaxt naməlum olaraq qalır.
Pəhriz seçərkən bədənin fərdi xüsusiyyətlərini, maddələr mübadiləsini və sağlamlıq vəziyyətini nəzərə almaq vacibdir. Sağlam və təhlükəsiz olacaq optimal pəhriz seçmək üçün diyetoloq və ya qastroenteroloqa müraciət etmək daha yaxşı olar.
Natəvan