Süd və süd məhsulları kalsium mənbəyidir və sümük sağlamlığını qoruyur. Foodinfo.az bildirir ki, südün tərkibindəki kalsium uşaqların və yaşlıların sümüklərini gücləndirir. Eyni zamanda bu məhsullar diş sağlamlığını da dəstəkləyir.

Süd içmək, o cümlədən qatıq və pendir sümük əriməsinin qarşısını alır. Həddindən artıq istifadə olunarsa, laktoza intoleransı kimi problemlərə səbəb ola bilər. Süd məhsulları həmçinin əzələ kütləsini artırmağa kömək edir.

Gündəlik 2-3 porsiya süd məhsulu istehlakı tövsiyə edilir. Bu məhsullar bağırsaq florasının sağlamlığını qorumağa kömək edir. Probiotik mənbələri kimi müxtəlif qatıq və kefir növləri mövcuddur. Süd məhsulları immuniteti dəstəkləyir və bədənin enerji səviyyəsini artırır.

Quru südün tərkibindəki D vitamini də sümük sağlamlığını qorumağa kömək edir.