Təzyiqi normada saxlamaq həyati vacib məsələdir.
Bu işdə tək dərman preparatları deyir, bəzi təbii vasitələr də yardım edir.
Mütəxəssislərin müşahidələrinə görə, bəzi adi içkilərin müntəzəm olaraq istehlakı təzyiqi normada saxlamağa kömək edir.
Tibb.fins.az Saglamolun.az-a istinadla sizə bu içkiləri təqdim edir:
- Çuğundur şirəsi
Bu şirə qan damarlarını genişləndirir və bununla da təzyiqi salmağa kömək edir. Həmçinin çuğundur şirəsi damarları təmizləyir, daha elastik edir.
Yüksək təzyiqdən əziyyət çəkənlər hər gün 1/2-1 stəkan şirə içə bilərlər.
- Yaşıl çay
Amerika mütəxəssisləri sübut edir ki, hər gün 2 fincan yaşıl çay içən insanlarda hipertoniyanın riski 50% azalır. Yüksək təzyiqdən əziyyət çəkənlərə isə yaşıl çayın istehlakı dərmanın dozasını azaltmağa kömək edir.
Ən faydalı yaşıl çay "ulun" çayı sayılır.
- Kakao
Köln Universitet klinikasının (Almaniya) alimləri araşdırma zamanı aşkar ediblər ki, təbii kakao təzyiqi salmağa kömək edir və həmçinin ürək tutması, infarkt və insultun riskini azaldır. Bunun səbəbi kakaonun tərkibində olan polifenol maddələridir.