İmmunitet sistemini gücləndirdiyi, bağırsaqların fəaliyyətini yaxşılaşdırdığı və təzyiqi aşağı saldığı üçün ananası qocalıqda yemək yaxşıdır. Foodinfo.az xəbər verir ki, dietoloq Yelena Solomatina "Moskva 24" telekanalına bildirib ki, bununla belə, onu məhdud miqdarda istehlak etmək olar.
Mütəxəssis qeyd edib ki, ananas C vitamini mənbəyidir.Yaşlı insanların immun sistemi, dəmirin normal mənimsənilməsi və kollagenin sintezi üçün ona ehtiyac var. Sonuncu sayəsində qan damarlarının, qığırdaqların və bağların sağlamlığı qorunur.
Həmçinin, ananasın ortasında zülalın parçalanmasını yaxşılaşdıran ferment olan bromelain ən çox olur.