Həkimi Aleksandr Myasnikov etiraf edib ki, müəyyən yeməklər hazırlayarkən nə günəbaxandan, nə də zeytun yağından istifadə etmir. Foodinfo.az Edimdoma.ru-ya istinadən xəbər verir ki, 71 yaşlı həkim öz sirrini açıqlayıb.

O bildirib ki, yeməkləri ərinmiş kərə yağı ilə bişirir.

Səbəbini isə bu yağın tamamilə təhlükəsiz olduğunda görür. “Kərə yağı doymuş yağ turşularından ibarət yüksək konsentrasiyalı bir yağdır. Onu qızdırsan, zərərli maddələr əmələ gəlmir”, - deyə mütəxəssis vurğulayıb.