“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədi ilə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası (İkinci Şıxlı təsərrüfatı üzrə) obyekti üzrə, eləcə də Qazax rayonunun Kəmərli kəndinin əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması tədbirləri üzrə, Öysüzlü kəndinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəlal arxının yenidən qurulması üzrə tikinti işlərinin satınalınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub. Foodinfo.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi Sumqayıt Melioservis İdarəsi, “Fərhad” MMC və "Hidroxüsusitikinti" QSC-dir. Qalib şirkətlərə müvafiq olaraq 905,7 min manat, 2 milyon 129,1 min manat və 1 milyon 564,6 min manat, ümumilikdə isə 4 milyon 599,4 min manat ödəniləcək.