Alimlər böyrək çatışmazlığının qarşısını almaq üçün effektiv üsul tapıblar. 

Foodinfo.az xəbər verir ki, araşdırma Bristol Universitetinin mütəxəssisləri tərəfindən aparılıb. 

Nefrotik sindrom, böyrəklərin işləməməsi səbəbindən sidikdə zülalın göründüyü və qanda albumin səviyyəsinin aşağı düşdüyü bir vəziyyətdir. Bəzi hallarda bu, nəticədə böyrək çatışmazlığının inkişafına səbəb ola bilər. Bu, İngiltərədə hər il təxminən 10.000 insana təsir edən olduqca nadir bir vəziyyətdir. Ancaq əksər hallarda qeyri-genetik səbəblərdən qaynaqlanır.

Alimlər dializdə olan idiopatik (aydın səbəb olmayan) nefrotik sindromlu xəstələrin qan plazmasından istifadə ediblər. Böyrək hüceyrələrində plazmaya məruz qalmanın onların işinin pozulmasına səbəb olduğunu üzə çıxıb.

Araşdırma müəllifləri PAR-1 reseptorunun blokatorlarının idiopatik nefrotik sindromun inkişafını dayandıra biləcəyini güman edirlər. Hazırda xəstəlik kifayət qədər effektiv, lakin çoxlu yan təsirləri olan steroidlərlə müalicə olunur. Bəzi xəstələr böyrək nəqlindən faydalana bilər, lakin xəstəlik tez-tez təkrarlanır və yeni böyrəyi zədələyir. Bəzən isə bu hal dərhal baş verir. PAR-1 reseptor blokatoru təkcə steroidlərə olan ehtiyacı aradan qaldırmayacaq, həm də transplantasiyanı daha sərfəli müalicə variantına çevirəcək, çünki yeni köçürülmüş böyrəklər artıq həssas olmayacaq. Alimlər yaxın illərdə bu dərmanı hazırlamağa ümid edirlər.