Alimlər alkoqolizmlə mübarizənin gözlənilməz yolunu tapıblar.
Foodinfo.az Lent.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, nəcisin transplantasiyası bu effekti əldə etməyə imkan verir.
Müasir təbabətdə bu üsuldan 50 ildən artıqdır ki, çinli həkimlər istifadə edirlər. Eksperimentə əvvəllər spirtli içkilərin istifadəsi ilə bağlı pozğunluqlar diaqnozu qoyulmuş onlarla insan iştirak edib. Söhbət 60 yaşına yaxın qaraciyər sirrozundan əziyyət çəkən xəstələrdən gedir. Onlar iki qrupa bölündülər, birinci qrupa plasebo verildi. İkinci qrup isə alkoqoldan asılı olmayan insanların bağırsaqlarında yüksək miqdarda bakteriya olan materiallarla eyni donordan nəcis transplantasiyası aldı.
Alimlərin öyrəndiyi kimi, ilk lavman yeridilmiş nəcis transplantasiyasından sonra bir neçə davranış, həmçinin fizioloji dəyişikliklər yalnız altı aydan sonra qeydə alınıb. Belə ki, donor bağırsaq bakteriyası qəbul edən 9 xəstədən 10-da alkoqol istəyi azalıb. Alkoqolla birbaşa əlaqəli sidikdə metabolit səviyyəsində kəskin azalma müşahidə olunub.