"Azərbaycan bazarında uşaqlara verilən hərarətsalıcı dərman vasitələrinin, xüsusilə də siropların azalmasının ölkəmizlə heç bir əlaqəsi yoxdur".
Foodinfo.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, dünyada həmin dərmanları istehsal edən şirkətlər baza maddədən istifadə edirlər: "Həmin baza maddəni istehsal edən iri farmakoloji şirkətlərin istehsalat xətlərində problem yaranıb. Bu böhran prinsipcə tək Azərbaycanı deyil, hətta bəzi Avropa ölkələrində də müşahidə olunurdu. Son bir həftə ərzində mövcud problem tamamilə aradan qaldırılıb və həmin dərmanlar Azərbaycana gətirilib. Qısa müddətdə onlar pərakəndə satışa veriləcək".
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir