Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) dəri məhsullarının idxalı və ixracı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Foodinfo.az xəbər verir ki, görüşdə Agentliyin sədr müavini Rəşad Mafusov qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb. 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda nəzərdə tutulan qida məhsullarının ölkəyə idxalı ilə bağlı dəyişikliklərdən söz açan sədr müavini həmçinin heyvan mənşəli məhsulların və heyvan dərisinin idxalı, yem əlavələrinin dövlət qeydiyyatı ilə bağlı tələblərə toxunub. Bildirib ki, Qanun bir çox beynəlxalq standartların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.
Tədbirdə “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinin icrası ilə bağlı sahibkarlıq subyektləri tərəfindən əvvəlcədən lazımi tədbirlərin görülməsinin və öz işlərini müasir standartlara və qaydalara uyğunlaşdırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Daha sonra sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
[gallery ids="51057,51058"]
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?