Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "AZ 17 ENI AG 01 20: Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi" adlı Tvinninq layihəsi çərçivəsində təşkil olunan növbəti təlimə qatılıblar. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Avropanın qida və yem üzrə sürətli xəbərdarlıq sistemi (RASFF) mövzusunda keçirilən təlimdə Latviya Respublikasından olan mütəxəssis tərəfindən RASFF-a giriş və sistemin praktiki tətbiqinə, eləcə də onun sektorlararası əməkdaşlıqda əhəmiyyətinə dair  təqdimatlar edilib. İnteraktiv formada təşkil olunan təlim zamanı AQTA əməkdaşlarının fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb. Təlim iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.