Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, Milli Monitorinq Planı çərçivəsində Agentlik əməkdaşları tərəfindən keçirilən növbəti fitosanitar monitorinq Xaçmaz şəhərində Çənlibel parkının ərazisində aparılıb. Müşahidələr zamanı dekorativ bitkilərdə torlu gənə və mənənə (yarpaq biti) xəstəliyinin simptomlarına rast gəlinib. Dekorativ bitkilərdə aşkar edilmiş zərərli orqanizmlərlə bağlı qabaqlayıcı profilaktik tədbirlər görülüb.
Monitorinq zamanı sahə aqronomu və texniki işçilərlə söhbətlər aparılıb və maarifləndirici tövsiyələr verilib.