Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Real Təhlil İnformasiya Mərkəzi “Realda qida” adlı birgə TV layihəyə başlayıb. “Realda qida” ölkədə qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyi, eyni zamanda baytarlıq və fitosanitar sahələrdə aparılan işlər, istehlakçıların hüquqlarının müdafiəsində dövlət nəzarətinin təşkili, ictimai nəzarət və s. istiqamətlər üzrə maarifləndirmə və məlumatlılıq səviyyəsinin artırılması məqsədi daşıyır.
Foodinfo.az-ın məlumatına görə, layihə çərçivəsində hazırlanan verilişin ilk buraxılışı martın 29-da yayımlanıb. İlk buraxılışda müasir dünyada sənayenin sürətli və dinamik inkişafı fonunda qidaların real vəziyyəti, bu sahədə görülən işlər və istehlakçıları maraqlandıran əsas mövzulara toxunulub. Həmçinin “Yağ istehlakında işlər yağ kimi gedirmi?”, “Kolbasaya karton vurulur: mif, yoxsa həqiqət?”, “Mətbəxdə qida təhlükəsizliyi qaydaları” və digər mövzularda hazırlanmış araşdırma və maarifləndirici süjetlər, eyni zamanda “Real rejimdə”, “Realda necədir?”, “İstehlakçı bilməlidir” kimi rubrikalar tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, növbəti buraxılışlarında da qida təhlükəsizliyi sahəsində aktual mövzuları gündəmdə saxlayacaq “Realda qida” hər həftənin çərşənbə axşamı saat 15:20-də (təkrarı saat 22:30-da) "REAL TV”-də yayımlanacaq.
Son xəbərlər
- Qan təzyiqi olanlar bu çayı içməsin
- AQTA HACCP sisteminin tətbiqi ilə bağlı sahibkarlara müraciət edib
- Şirin kartof dəri sağlamlığına faydalıdır
- Xiyar tərəvəzdir yoxsa meyvə?
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi