Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) respublika ərazisinin park və yaşıllıqlarında zərərverici, xəstəlik və alaq otları ilə sirayətlənmənin vaxtında aşkar edilməsi və onlara qarşı mübarizə tədbirlərinin görülməsi üçün fitosanitar monitorinqləri davam etdirir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, Agentliyin fitosanitar müfəttişləri tərəfindən Tovuz rayonunun Qovlar şəhəri ərazisində yerləşən mərkəzi parkda həyata keçirilən monitorinqlər nəticəsində dekorativ bitkilərdə karantin tətbiq edilən yastıcaya və ağqanadlıya sirayətlənmə halları aşkar olunub. Aşkar olunmuş zərərvericilərlə mübarizə üsulları barədə məsul şəxslərə məlumat verilib, həmçinin yaşıllıq və parklara aqrotexniki qaydada qulluq edən sahə aqronomu və texniki işçilərlə elmi-təcrübi fikir mübadiləsi aparılıb və zəruri  göstərişlər verilib. [gallery ids="41845,41846"]