Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) birgə əməkdaşlıq çərçivəsində təlimləri davam etdirir. Əməkdaşlıq çərçivəsində AQTİ mütəxəssisi tərəfindən “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusunda ASK üzvləri üçün vebinar keçirilib.
Foodinfo.az xəbər verir ki, 50-dən artıq sahibkarlıq subyektinin iştirak etdiyi vebinarda HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri və üstünlükləri haqda geniş məlumat verilib. Qeyd edilib ki, HACCP sisteminin əsas üstünlüklərinə istehsal və paylama sisteminə nəzarət və qida təhlükəsizliyi sahəsində risklərin qarşısını alması, qida gigiyenasına dair məlumatlılıq yaratması, dövriyyədə olan mal və məhsulların keyfiyyətini yaxşılaşdırması və s. daxildir. Bildirilib ki, bu nəzarət mexanizmi qida zəncirinin bütün mərhələlərini əhatə etməklə vahid sistem halında fəaliyyət göstərir. Həmçinin qida təhlükəsizliyinin təmin edilməsinin ən səmərəli və etibarlı təminatı istehlak bazarında hazır məhsula nəzarət etmək deyil, qida məhsulları istehsal zəncirinin bütün mərhələlərində belə bir qida təhlükəsizliyinin idarə edilməsi mexanizminin yaradılması və tətbiqini zəruri edir.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunda qida subyektlərində HACCP sisteminin tətbiqi nəzərdə tutulur. HACCP sistemi qida təhlükəsizliyinin idarə edilməsinə əsaslanan bir standartdır. Standartın əsas məqsədi qida istehsalı və istehlakını ən sağlam hala gətirməkdir. Qanunvericiliyə əsasən, iri sahibkarlıq subyekti hesab edilən qida subyektlərində qanun dərc olunduğu gündən iki il, orta və kiçik sahibkarlıq subyektləri hesab edilən qida subyektlərində isə dörd il sonra üçün təsbit edilib.