Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) və Özbəkistan Respublikasının Bitki Karantini və Mühafizəsi üzrə Agentliyinin nümayəndə heyəti arasında görüş keçirilib. Foodinfo.az-ın məlumatına görə, görüşdə AQTİ-nin nəzdindəki laboratoriyaların fəaliyyəti, onların beynəlxalq təşkilatlarla əməkdaşlığı, maddi-texniki bazası barədə məlumat verilib. İki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Daha sonra qonaqlar tanışlıq və iş prinsipini öyrənmək məqsədilə İnstitutun laboratoriyalarına baxış keçiriblər. Laboratoriyalarda bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə aparılan müayinə üsulları, ekspertiza və tədqiqat xidmətləri, sınaqları ilə yaxından tanış olub, müzakirələr aparıblar. [gallery ids="48687,48688,48689"]