Azərbaycan Moldovada dənli bitkilərin yetişdirilməsi üçün torpaq icarəyə götürməkdə maraqlıdır.
Foodinfo.az İnterfaks-a istinadən xəbər verir ki, bu məsələ oktyabrın 10-da Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 4-cü iclasındamüzakirə olunub.
“Xüsusilə tərəflərin Moldovada torpaq sahələrinin icarəyə götürülməsi yolu ilə ərzaqlıq buğdanın və digər dənli bitkilərin (soya, günəbaxan) yetişdirilməsi və Azərbaycana ixracı imkanlarını nəzərdən keçirə bilməsi məsələsi müzakirə olunub”, - deyə mənbə bildirib.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu ilin yanvar ayında bildirmişdi ki, rəsmi Bakı ölkənin daxili tələbatını ödəmək üçün məhsul yetişdirmək və Azərbaycana gətirmək məqsədilə başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqların icarəyə götürülməsi mümkünlüyünü istisna etmir.
Daha sonra dövlət başçısı AZTV-yə müsahibəsində qeyd edib: “Özümüzü buğda ilə təminetmə əmsalı Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaq”.
Son xəbərlər
- Sumaqlı su bakteriyaların yayılmasının qarşısını alır
- Ürəyində problem olanlar nə üçün qəhvədən imtina etməlidirlər?
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?