2022-ci ilin yanvar-may aylarında Azərbaycana 355,625 min ton buğda idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 9,7% azdır. Foodinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $124 milyon 49,4 min (artım 23,8%) təşkil edib. May ayında $18 milyon 779,2 min dəyərində 47,583 min ton buğda idxal edilib. Beləliklə, Azərbaycanın mayda aldığı buğdanın qiyməti bir ton üçün $394,66 təşkil edib. Bütövlükdə, yanvar-may aylarında alınmış buğdanın orta qiyməti bir ton üçün $348,8 olub. Hesabat dövründə Azərbaycana $56 milyon 692,1 min dəyərində (artım 3,2%) 105,591 min ton şəkər xammalı və şəkər (azalma 14,1%), $94 milyon 148,6 min dəyərində (artım 34,3%) 59,206 min ton bitki yağı (artım 12,1%), $29 milyon 911,4 min dəyərində (artım 30,3%) 6,082 min ton çay (artım 5,6%), $49 milyon 646 min dəyərində (artım 51,6%) 8,927 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 32,7%) idxal edilib. Bununla yanaşı, respublikaya $4 milyon 724,7 min dəyərində (azalma 55,2%) 1,045 min ton iribuynuzlu heyvan əti (azalma 63%), $18 milyon 788,6 min dəyərində (artım 59,6%) 12,187 min ton quş əti və quş əti məhsulları (artım 27,2%) idxal edilib. Hesabat dövründə Azərbaycana $64 milyon 457,7 min dəyərində (artım 8,6%) 69,627 min ton meyvə (artım 8,4%), $11 milyon 745,9 min dəyərində (azalma 11,4%) 19,848 min ton tərəvəz (azalma 30,4%), $30 milyon 474 min dəyərində (artım 17,9%) 110,119 min ton kartof (artım 6,2%) idxal edilib. Yanvar-may aylarında ölkədən $98 milyon 957,4 min dəyərində (artım 2,4%%) 86,253 min ton tərəvəz (azalma 0,2%), $103 milyon 850,3 min dəyərində (artım 19,1%) 72,225 min ton meyvə (azalma 6,1%), $14 milyon 822,8 min dəyərində (azalma 30,7%) 33,323 min ton kartof (azalma 33,4%) ixrac edilib. Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $9 milyon 274,9 min dəyərində (azalma 42,9%) 14,448 min ton şəkər (azalma 54,4%), $8 milyon 99,3 min dəyərində (azalma 3,2%) 4,746 min ton bitki yağı (azalma 32,6%) ixrac edilib. Yanvar-may aylarında Azərbaycan $5 milyon 531,5 min dəyərində (azalma 14,5%) 4,591 min ton meyvə və tərəvəz şirələri (azalma 16,7%), $1 milyon 49 min dəyərində (azalma 19,1%) 75,7 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 29%), $3 milyon 250 min dəyərində (azalma 17,2%) 2,692 min ton meyvə və tərəvəz konservləri (azalma 19,2%), $8 milyon 467,8 min dəyərində (artım 4 dəfə) 2,497 min ton tütün (artım 2,9 dəfə) ixrac edib.