Azərbaycana bu ilin yanvar-fevral aylarında 8 min tonadək ət idxal edilib. Foodinfo.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən ətin dəyəri isə 14,1 milyon ABŞ dolları olub. Xatırladaq ki, keçən ilin eyni dövründə ölkəyə 12,7 milyon dollarlıq 9 min ton ət idxal edilib.