Azərbaycanda ilin əvvəlindən indiyədək (ilk 11 ay – yanvar-noyabr dövrü) ən çox bahalaşan ərzaq malları məlum olub. Foodinfo.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bəzi ərzaqların qiymətində 30-40%, hətta 60-70%-dək artım var. Bahalaşma təkcə xaricdən gətirilən ərzaqlara deyil, yerli istehsal olunan malları da əhatə edir. Cədvəldən məlum olur ki, ən çox bahalaşma qarabaşaq yarması, un və şirniyyat məhsulları, kolbasalar, konservlər, süd məhsulları, qarğıdalı və günəbaxan yağları, tərəvəzlər, bəzi meyvələr və şəkərin qiymətində müşahidə edilir. Qiyməti 10%-dən çox bahalaşan mallar sarı rənglə, 20% və daha artıq bahalaşanlar isə qırmızı rənglə fərqləndirilib. Tam siyahı aşağıdadır: