Bu ilin yanvar-mart aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,9 % artaraq 414,8 milyon manat olub.
Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7 %-i hüquqi şəxslərin, 49,3 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hesabat dövrünə ictimai iaşə dövriyyəsinin 4,7 milyon manatı dövlət, 410 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.
Hüquqi şəxslər üzrə dövriyyə il ərzində 28,4 % artaraq 207,7 milyon manat olub.