Azərbaycanda quzu əti bahalaşıb.
Foodinfo.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bazarda qoyun əti 7-8, quzu əti isə 15-16 manatdır. Halbuki indiyə kimi quzu əti 13-14 manat idi. Mövcud qiymət artımı vətəndaşları narahat edir. Onlar hazırkı qiymətin ciblərinə uyğun olmadığını deyirlər.
Ət satışı ilə məşğul olan şəxslər isə ölkə üzrə quzu ətinin topdansatış qiymətinin artdığını bildirirlər. Heyvandarlıq təsərrüfatlarının sahibləri də deyilən fikirləri təsdiqləyirlər.
Mal-qaranın əsas qidasını təşkil edən otun bahalaşmasının səbəblərindən biri məhsuldarlığın az olmasıdır. Digər səbəb isə xaricdən idxal olunan gübrələrin bahalaşmasıdır.