Azərbaycan Moskva vilayətinə albalı və ərik ixrac edən əsas ölkələrdən olub.
Foodinfo.az Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, may ayının əvvəlindən Xidmətin Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə İdarəsi Moskva vilayətinə daxil olan 3,2 min ton albalı və əriklərə nəzarət tədbirləri keçirib.
Qeyd olunan məhsulların əsas tədarükçüləri Azərbaycan, Özbəkistan və Tacikistan istehsalçıları olub.
Ümumrusiya Bitki Karantini Mərkəzinin mütəxəssisləri tərəfindən məhsullarla bağlı laboratoriya sınaqları aparılıb və karantin fitosanitar tələblərinə uyğunluğunu təsdiqləndikdən sonra mallar sərbəst satışa buraxıb.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı