“Fireland Vineyards” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub. Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verir. Məlumata əsasən, “Fireland Vineyards” MMC-nin vergi borcu 128 848.56 manatdır. Bu vergi borcu 09.01.2023-cü il tarixinə olan məlumatdır. Qeyd edək ki, Elmar Səidov Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olan “Fireland Vineyards” MMC-nin (“Odlar Yurdunun Üzümlükləri”) qanuni təmsilçisidir.