Azersun Holding

Kateqoriya üzrə aparıcı mütəxəssis (AL Market)

 Son tarix 21 iyl 2023 [email protected]

Tələblər:

Ali təhsil (menecment, iqtisadiyyat, marketinq sahəsində);

Müvafiq sahədə 1-3 il iş təcrübəsi;

Ünsiyyət qurabilmə, azərbaycan dilində səlis danışıq bacarığı olmalı;

Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı;

Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini yaxşı bilməli;

Rus və İngilis dili biliyi arzu olunandır;

MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə bilməlidir.

İş haqqında:

Şirkətin müvafiq bazarda, müvafiq rəqiblərlə rəqabət apara bilməsi üçün mövcud AL Market qiymətlərini təhlil edəcək hesabatlar hazırlamaq;

Qida, qeyri-ərzaq və öz brendləri üçün kateqoriyalar üzrə qiymətlərin yerləşdirilməsi təhlili əsasında tövsiyələr hazırlamaq;

Şirkətin qiymət strategiyasına təsir edə biləcək ümumi bazar və sənaye meyllərini anlamaq və izləmək;

Qiymətləndirmə ilə bağlı bazar araşdırmasını hazırlamaq;

Qurulmuş qiymət sisteminin düzgün işləməsini yoxlamaq;

Mənfəətli gəlir artımını yaxşılaşdırmaq imkanlarını müəyyən etmək üçün kateqoriya, seqment və məhsul qrupları üzrə gəlirliyə nəzarət etmək üçün hesabatlar hazırlamaq.

İş şərtləri: Həftə içi 5 gün, 09:00-18:00

İş Yeri : Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Kateqoriya üzrə aparıcı mütəxəssis (AL Market)” qeyd etməyiniz xahiş olunur.

Kompüter üzrə kiçik mütəxəssis (AL Market)

 Son tarix 21 iyl 2023 [email protected]

Tələblər:

Müvafiq sahə üzrə ali təhsil;

Ən azı 1 il iş təcrübəsi;

Əməliyyat sistemlərini bilməli;

Şəbəkə strukturunun işləmə prinsipini və kompüterlərin daxili qurğularının işləmə prinsipini bilməli;

Kompüterlərin ehtiyatlarının alınması, məlumatların arxivləşdirmə və klonlama prinsiplərini bilməli;

CCNA , Microsoft OS sertifikatları arzu olunandır;

Ezamiyyətlərə açıq olmalı.

İş haqqında məlumat:

Yeni əməkdaşların ehtiyacına uyğun proqramların qurularaq təslim edilməsi;

Köhnə proqram təminatının yeni versiyalarla əvəzlənməsi prosesini həyata keçirməsi;

İT cihazlarında çıxan fiziki nasazlıqların aradan qaldırılması üçün yeni hissələrlə əvəz edilməsi;

Printer, Scaner, Fax və s kimi avadanlıqların quraşdırılması;

Kompüter, proqram təminatı ilə bağlı məslələr üzrə şirkət işçilərinə dəstək və təlim işlərinin təmin edilməsi;

PC, notebook, MS Windows əməliyyat sistemi ilə çalışan digər cihazların test edilməsi;

Yeni açılan ofislərin İT infrastruktrunun (mağaza, anbar, iş yerləri və s.) hazırlanması.

İş şərtləri:

Həftə içi 5 gün, 09:00-18:00

İş yeri

Bakı 

Sumqayıt

Qaradağ

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Komputer üzrə kiçik mütəxəssis” və işləmək istədiyiniz bölgənin adını qeyd etməyiniz xahiş olunur.