Bağırsaq xərçəngi (kolorektal xərçəng) dünyada geniş yayılmış və zamanla artan bir xəstəlikdir. Genetik meyillə yanaşı, qidalanma tərzi bu xəstəliyin qarşısını almaqda çox mühüm rol oynayır. Müntəzəm olaraq bəzi faydalı qidalar qəbul etməklə bağırsaq sağlamlığını qorumaq və xərçəng riskini azaltmaq mümkündür.

Foodinfo.az bağırsaq xərçənginə qarşı qoruyucu təsiri olan əsas qidaları təqdim edir:

1. Liflə zəngin qidalar

Tam buğda çörəyi, yulaf, qəhvəyi düyü, kəpəkli makaron, mərcimək, noxud, lobya bağırsaqların daha sürətli işləməsini təmin edir, toksinlərin tutulmadan xaric olunmasına kömək edir. Həftəlik 90-100 qram lifli qida istehlakı riskin azalması ilə əlaqələndirilir.

2. Tərəvəz və meyvələr

Xüsusilə brokkoli, kələm, kök, ispanaq, sarımsaq, pomidor, alma, armudun tərkibindəki antioksidantlar, C və A vitaminləri, flavonoidlər hüceyrə zədələnməsinin qarşısını alır. Bağırsaqlarda iltihabı azaldır.

3. Probiotik və prebiotiklər

Qatıq, kefir, turşu (az duzlu), ev qatığı, kəsmik faydalı bakteriyalarla zəngindir. Sağlam mikroflora bağırsaq xərçənginə qarşı qoruyucu qalxandır.

4. Omega-3 ilə zəngin qidalar

Somon, sardina, qoz, çia toxumu, kətan toxumu iltihab əleyhinə təsiri ilə bağırsaq toxumalarını qoruyur.

5. Yaşıl çay

Güclü antioksidant tərkibə malikdir (xüsusilə katexin). Hüceyrə mutasiyalarının qarşısını almaqda faydalıdır.

6. Sarıkök 

Güclü iltihab və xərçəng əleyhinə təsirə malikdir. Yeməklərə əlavə edilə və ya çay şəklində içilə bilər.

Qırmızı və işlənmiş ətlər (kolbasa, sosiska) məhdudlaşdırılmalıdır. Qızartmalardan, trans yağlardan, ağ un və şəkərli qidalardan uzaq durulmalıdır. Gün ərzində bol su içilməli, fiziki aktivlik artırılmalıdır.