“Baytarlıq aptekinin təmizlənməsi yuyucu və dezinfeksiyaedici vasitələrdən istifadə olunmaqla, nəm üsulla və gündəlik həyata keçirilməlidir”.

Foodinfo.az xəbər verir ki, bu barədə “Baytarlıq apteklərinin təşkilinə və fəaliyyətinə dair tələblər”də qeyd olunub. Sənəddə həmçinin bildirilib ki, təmizlik işləri üçün istifadə olunan vasitələr təyinatı üzrə istifadə olunmalı və ayrıca dolabda saxlanılmalıdır. Bu vasitələrin fərqləndirilməsi məqsədilə müxtəlif rəng çalarları ilə nişanlana bilər. 

 Eyni zamanda baytarlıq apteklərinin daxilində və ətraf ərazisində gəmiricilərə və həşəratlara qarşı rübdə ən azı 1 dəfə olmaqla, dezinfeksiya, dezinseksiya və deratizasiya işləri həyata keçirilməlidir. Baytarlıq apteklərinin girişi isə ayaqqabı təmizlənməsi üçün xüsusi ayaqaltı çərçivələrlə təchiz olunmalı və təmiz saxlanılmalıdır.