Berqamot sitrus meyvəsidir və əsasən ətirli yağı və müalicəvi təsirləri ilə tanınır. Görünüşcə limon və portağal arasında bir formaya malikdir, dadı isə turşməzə və bir qədər acı olur. Elmi adı Citrus bergamiadır. Əsasən İtaliya, Türkiyə və Yunanıstan kimi Aralıq dənizi ölkələrində yetişdirilir. 

Foodinfo.az berqamotun faydalarını təqdim edir:

– Berqamot yağı aromaterapiyada geniş istifadə olunur.

– Sinirləri sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır, yuxunu tənzimləyir.

– Antibakterial və iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

– Sızanaq və dəri iltihablarına qarşı istifadə olunur.

– Bəzi elmi araşdırmalar göstərir ki, berqamot ekstraktı pis xolesterolu (LDL) azalda və yaxşı xolesterolu (HDL) artıra bilər.

– Ağız yaraları, boğaz ağrısı və soyuqdəymə zamanı faydalıdır (çay və ya gargara şəklində).

– Berqamot yağı dərini günəşə qarşı həssas edə bilər, istifadədən sonra günəşə çıxmaq olmaz.

Həddindən artıq miqdarda qəbulu sinir sisteminə təsir edə bilər. Hamilə və ya dərman qəbul edən şəxslər istifadə etməzdən əvvəl həkimə müraciət etməlidir.