Xolesterin səviyyəsi yüksəldikdə bədəndə ciddi dəyişikliklər baş verir. Foodinfo.az bildirir ki, bu vəziyyət bəzən gizli şəkildə irəlilədiyi üçün vaxtında aşkarlanması çətin olur. Göz qapaqlarında sarımtıl ləkələr və ətraflarda keyimə bu əlamətlərdəndir. Boyun və sinə nahiyəsində təzyiq hissi də risk siqnalı ola bilər.

Həmçinin ayaqlarda soyuqluq və zəiflik, ürəkbulanma və başgicəllənmə damarların tıxanmasının xəbərçisi ola bilər.

Qeyd edək ki, xolesterin səviyyəsinin yüksəlməsi infarkt və insult riskini artırır. Odur ki, qidalanmada yağlı, qızardılmış yeməklərdən imtina edilməli, daha çox balıq, kətan toxumu və avokado kimi faydalı yağlarla zəngin məhsullara üstünlük verilməlidir.