Protein pəhrizinin əsas məqsədi arıqlamaq, əzələ kütləsini artırmaq və toxluq hissini uzatmaq olan bir qidalanma sistemidir.

Foodinfo.az xəbər verir ki, bu pəhrizdə karbohidratlar azaldılır, zülal (protein) isə əsas enerji və toxluq mənbəyi olur.

Bəs, protein pəhrizi necə tətbiq olunur?

1. Gündəlik kalori ehtiyacınızın təxminən 30-40%-i proteindən gəlməlidir. Aşağıdakı qidalar menyunun əsasını təşkil etməlidir:

- Toyuq əti, hinduşka

- Yumurta

- Balıq (xüsusilə somon, tuna)

- Yağsız mal əti

- Kəsmik, az yağlı pendir

- Qatlq

- Paxlalılar (noxud, mərcimək – bitki əsaslı protein)

- Tofu və tempe (vegetarianlar üçün)

2. Aşağıdakıları ya tamamilə çıxarın, ya da ciddi şəkildə azaldın:

- Ağ çörək və un məmulatları

- Şəkərli içkilər, şirniyyatlar

- Kartof, düyü, makaron

- Çox meyvə (xüsusilə banan, üzüm, manqo – şəkərli meyvələr)

Əvəzində kompleks karbohidratlara az miqdarda yer verilə bilər:

- Kəpəkli yulaf

- Qara çörək

- Kinoa

- Qarabaşaq

3. Tərəvəzlərə üstünlük verin. Tərəvəzlər lif və vitaminlərlə zəngindir. Aşağıkarbohidratlı tərəvəzlər:

- Xiyar

- Brokoli

- Kələm

- Şirin bibər

- Ispanaq

- Kök (az miqdarda)

4. Bol su için. Proteinli qidalar böyrəklərə yük düşürə bilər. Ona görə gündə 8–10 stəkan su içmək lazımdır. Yaşıl çay və bitki çayları da əlavə edə bilərsiniz.

5. Yemək vaxtlarına fikir verin.

- Səhər: yumurta + az pendir + pomidor/xiyar

- Nahar: toyuq əti + salat

- Ara öyün: qatıq/kəsmik

- Axşam: balıq və tərəvəz

- Gecə aclığı: bişmiş yumurta ya da bir ovuc badam

Uzun müddətli və sərt protein pəhrizi qaraciyər və böyrəkləri yora bilər. Qəbizlik olmaması üçün kifayət qədər lif (tərəvəz və su) qəbul etmək lazımdır.

Hamilə və süd verən qadınlar, böyrək problemi olanlar bu pəhrizi mütləq həkim nəzarətində tətbiq etməlidir.