
Səhər yeməyində meyvə yemək ümumiyyətlə faydalıdır, amma bəzi meyvələr var ki, onları səhər acqarına yemək tövsiyə olunmur, çünki bu, həzm sisteminə və ümumi sağlamlığa mənfi təsir göstərə bilər.
Foodinfo.az səhər acqarına yeməkdən çəkinməli olduğunuz meyvələri təqdim edir:
1. Sitrus meyvələri (Limon, portağal, naringi, qreypfrut)
Bu meyvələr çox turşudur. Acqarına yeyildikdə mədə turşusunu artıraraq qıcqırma, yanma hissi, mədə ağrısı yarada bilər. Xüsusilə mədə xorası və qastriti olanlar üçün zərərlidir.
2. Pomidor
Pomidor turşulu maddələr və taninlərlə zəngindir. Səhər acqarına yeyildikdə bu maddələr mədə divarını qıcıqlandıra və mədə turşusunu artıra bilər.
3. Banan
Banan acqarına yeyildikdə bədəndə maqneziumu qəfil artırır, bu da ürək ritmində pozğunluğa səbəb ola bilər – xüsusilə ürək problemi olanlar üçün risklidir.
4. Tropik meyvələr: Ananas və manqo
Bunlar turşulu və şəkərli olduqları üçün səhər acqarına mədəni qıcıqlandıra bilər, xüsusilə həssas həzm sistemi olanlar uzaq durmalıdır.
Bəs, səhər yeməyində uyğun meyvələr hansılardır?
- Alma: liflidir, mədəni qoruyur
- Armud: yumşaq liflə zəngindir
- Qaragilə, moruq, böyürtkən: antioksidantla zəngindir
- Kivi: tərkibi turş olsa da, mədə üçün o qədər də aqressiv deyil
- Xurma və əncir: enerji verir, amma miqdarına diqqət etmək lazımdır.